Husilər Qırmızı dənizdə üzən Norveç gəmisini raketlə vurdularbackend

Husilər Qırmızı dənizdə üzən Norveç gəmisini raketlə vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin “Strinda” ticarət gəmisi Qırmızı dənizdə hücuma məruz qalıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, gəmi Yəmənin husilərin nəzarətində olan ərazidən atılan qanadlı raketlə vurulub.

Editor.az mənbyə istinaən xəbər verir ki, hadisə dünən, dekabrın 11-də gəmi Bab əl-Məndəb boğazından keçərkən baş verib.

CENTCOM-un X hesabına göndərdiyi açıqlamada hücumun təyyarədə yanğına səbəb olduğunu, lakin itkilərin olmadığını bildirilir. “Hücum zamanı yaxınlıqda heç bir Amerika gəmisi olmayıb, lakin ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mason” esminesi “Strinda”nın siqnalına cavab verib və hazırda yardım göstərir”, – ABŞ hərbi komandanlığı aydınlıq gətirib.

AP-nin məlumatına görə, neft və kimyəvi maddələr daşıyan “Strinda” Süveyş kanalına doğru gedirmiş. “Reuters”in aydınlaşdırdığı kimi, Yəmən husiləri İsrail və Fələstin HƏMAS hərəkatı arasında oktyabrın 7-dən bəri davam edən müharibə ilə bağlı regional gərginlik fonunda beynəlxalq sularda gəmilərə zərbələr endirirlər. Oktyabrın ortalarında ABŞ esminesi Yəməndən atılan raketləri və pilotsuz təyyarələri ələ keçirib. Pentaqon onların hədəfinin İsrail ola biləcəyini güman edir.

//Samir Qurbanov, Editor.az