Husilər Səudiyyə Ərəbistanında hərbi bazaya raket atdılarbackend

Husilər Səudiyyə Ərəbistanında hərbi bazaya raket atdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt bölgəsində yerləşən Kral Xalid Hava hərbi bazası ballistik raketlərdən hədəfə alınıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Husilərin sözçüsü Yəhya Səri bəyan edib.

Yəmən hökumətinə dəstək verən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya güclərinin Husilərin atdığı raketi zərərsizləşdirdiyini elan etməsindən sonra Yəhya Səri yazılı açıqlama yayıb:

“Bu, davam edən bombardmana və amansız mühasirəyə cavabdır”.