Husilər son sutkada üçüncü dəfə İsrailin Tel-Əviv hava limanına hipersəs raketlə vurdularbackend

Husilər son sutkada üçüncü dəfə İsrailin Tel-Əviv hava limanına hipersəs raketlə vurdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən husiləri İsrailin Tel-Əvivdəki “Ben Qurion” hava limanına yenidən hipersəs raketi atıblar. Media xəbər verir ki, bu hücum son 24 saatda üçüncüsü olub.

“Raket Qüvvələrinin yüksək keyfiyyətli hərbi əməliyyatı hipersəs raketindən istifadə etməklə Lod (Ben Qurion) hava limanına yönəldilib. “Lod” hava limanını hədəf alan raket 24 saatdan az müddətdə üçüncü olub və hədəfinə uğurla çatıb”. – Husi Silahlı Qüvvələrinin mesajında deyilir.

Hərbi-siyasi hərəkat nümayəndələrinin qeyd etdiyi kimi, zərbə İsrail hava limanının işini dayandırıb.

//Samir Qurbanov, Editor.az