Husilər Tel-Əvivdə “Ben Qurion” hava limanını vurubbackend

Husilər Tel-Əvivdə “Ben Qurion” hava limanını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Husilərin “Ənsar Allah” hərəkatı İsrailin hədəflərinə raket zərbələri endirib. Zərbələrin hədəfi Tel-Əvivdə “Ben Qurion” hava limanı olub.

Editor.az xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sariya məlumat verib. “Yəmən Silahlı Qüvvələrinin raket qüvvələri “Fələstin2” tipli hipersəs ballistik raketdən istifadə etməklə işğal altındakı Yaffa bölgəsindəki (Təl-Əviv) “Ben Qurion” hava limanına qarşı hərbi əməliyyat keçirib”, – hərəkat nümayəndəsinin Telegram kanalı xəbər verir. Yəhya Sariyanın mətbuat xidmətinin məlumatına görə, raket hədəfinə çatıb. Zərbə hava limanının işini dayandırıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndən raket buraxılışının aşkar edildiyini bildirmişdi. İDF mətbuat xidmətinin məlumatına görə, hava-desant obyekti vurulub. Husilər həmçinin İsrail limanlarından birinə gedən Santa Ursulaya İHA-nın zərbələri endirdiyini bildiriblər. “Hərbi Hava Qüvvələri Sokotra adasının şərqində Ərəb dənizində Santa Ursulaya qarşı pilotsuz uçuş aparatı əməliyyatı həyata keçirib. Gəmi ona görə hədəf alınıb ki, onun sahibi olan şirkət işğal olunmuş Fələstindəki limanlara girişi qadağan edən qərarı pozub”, – deyə məlumatda bildirilir.

//Samir Qurbanov, Editor.az