Husilər Təl-Əvivə hipersəs raketlə zərbə endiriblərbackend

Husilər Təl-Əvivə hipersəs raketlə zərbə endiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər hipersəs raketi ilə İsrailin paytaxtı Təl-Əvivin Yaffo bölgəsinə zərbə endiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

Qeyd olunub ki, zərbə “Fələstin-2” hipersəs raketi ilə endirilib.

“Ənsar Allah” nümayəndəsinin sözlərinə görə, raket müəyyən olunan hədəfi vurub. O qeyd edib ki, İsrailin Qəzza zolağında davam edən cinayətləri fonunda husilər raket və dronlardan istifadə edərək zərbələri artıracaqlar.