Husilər tərəfindən ələ keçirilən gəmidə 17 vətəndaşın olduğu açıqlanıbbackend

Husilər tərəfindən ələ keçirilən gəmidə 17 vətəndaşın olduğu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin Qırmızı dənizdə Yəməndə İranın dəstəklədiyi husilər tərəfindən ələ keçirilən İsrail şirkətinə məxsus gəmidə 17 vətəndaşının olduğunu bildirib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Xarici işlər nazirinin müavini Eduardo de Veqa GMA News Televiziyasına Husilər tərəfindən ələ keçirilən gəmidəki vətəndaşlarla bağlı danışıb: “Əldə etdiyimiz məlumata görə, xarici heyətə heç bir zərər dəyməyəcək”.

Husilərin ələ keçirdiyi gəmidə 17 filippinli dənizçinin olduğunu vurğulayan De Veqa bu məsələ ilə bağlı dövlət qurumları ilə görüş keçirməyi planlaşdırdıqlarını qeyd edib.

Hökumətə bağlı Miqrant İşçi İdarəsindən verilən açıqlamada ələ keçirilən gəmidəki filippinlilərin ailələri ilə əlaqə saxlandığı və hökumətin məsələ ilə məşğul olacağı qeyd olunub.

Qeyd edək ki, Yəməndəki husilər noyabrın 19-da Qırmızı dənizdə içərisində 22 nəfərin olduğu İsrailin “Galaxy Leader” yük gəmisini ələ keçirdiklərini açıqlayıblar.

//Səbinə Hüseynli, Editor.az