Husilər ABŞ-ı Qırmızı dənizdəki hadisələrdən “beynəlxalq böhran” yaratmaq üçün istifadə etməkdə ittiham ediblər.
Editor.az xəbər verir ki, husilərin sözçüsü Məhəmməd Əbdüsselam X hesabında verdiyi açıqlamada “ABŞ-ın Qırmızı dənizdə baş verənlərlə bağlı ictimaiyyəti çaşdırmaq cəhdlərinin üzə çıxdığını” bildirib.
Əbdüsselam iddia edib ki, Vaşinqton administrasiyası beynəlxalq böhran yaratmağa və onun nəticələrinə görə Yəməni məsuliyyət daşımağa çalışır. Əbdüsselam Husilərin hədəfinin İsrail gəmiləri və ya işğal altındakı Fələstin limanlarına gedən gəmilər olduğuna diqqət çəkib.
ABŞ administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməyib.
//Gülnarə Abasova, Editor.az

