Şimali Koreya dekabrın 18-nə keçən gecə “Hvason-18” qitələrarası ballistik raketinin buraxılmasını təsdiqləyib.
Editor.az bildirir ki, buraxılış üçün icazə Şimali Koreya lideri Kim Çen In tərəfindən verilib. O, bunu “düşmən qüvvələrə siqnal” və Birləşmiş Ştatların “səhv qərar” verəcəyi təqdirdə hərəkətə keçməyə hazır olduğunu nümayiş etdirib.
KCNA-nın məlumatına görə, Kim Çen In deyib ki, KXDR “anti-respublika hərbi qarşıdurma isteriyasını genişləndirən qüvvələrə birmənalı siqnal verib və bildirib ki, təlim bizim hansı dərhal hərəkətə keçməyə hazır olduğumuzu, Vaşinqtonun bizə qarşı səhv qərar verəcəyi təqdirdə seçimimizin nə olacağını açıq şəkildə göstərən bir məqam olub”, – agentliyin açıqlamasında deyilir.
Kim Çen In hesab edir ki, “ABŞ və onun peyklərinin pis qarşıdurma ambisiyası” öz-özünə yox olmayacaq və Pxenyanın “düşmənlərinin hər cür ehtiyatsız və məsuliyyətsiz hərbi təhdid hərəkətlərinə əllərini sallayaraq baxmaq lazım deyil”. Qeyd edək ki, KXDR əvvəllər Cənubi Koreya və Yaponiya hərbçiləri tərəfindən bildirilən raketin uçuş xüsusiyyətlərini təsdiqləyib.
//Samir Qurbanov, Editor.az

