I Divizionla əvəzedicilərin yarışı ayrıldı: AFFA tələbi ləğv etdibackend

I Divizionla əvəzedicilərin yarışı ayrıldı: AFFA tələbi ləğv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın növbəti konfransı, konfransdan sonra isə İcraiyyə Komitəsinin iclası keçirilib.

Toplantının ardınca AFFA-nın baş katibi Sərxan Hacıyevin mətbuat konfransı təşkil olunub. O, İK-nın iclasında qəbul edilən qərarlar barədə məlumat verib:

“İcraiyyə komitəsi tərəfindən Region Liqası ilə bağlı 3 illik iştirak qaydası var idi. Komanda 3 il orada yarışmalı idi ki, I Divizionda çıxış etmək imkanı qazansın. Bu qərar ləğv olundu. Əlavə olaraq, I Divizionda çıxış etmək üçün kriteriyalar hazırlanıb. Peşəkar Futbol Liqası tərəfindən tədqdim olunacaq. I Diviziona gəlmək istəyən klublar həmin tələblərə cavab verməlidir.

Bundan başqa, I Divizionun strukturu müzkairə olundu. Növbəti mövsümdən Premyer Liqa klublarının ikinci komandaları digər komandalardan ayrılacaq. Bundan sonra əvəzedicilərin çempionatı ayrı olacaq, I Divizion komandaları ayrı yarışacaq. Gələn ildən I Divizionda 10 komanda olmasını düşünürük. Yəni daha 4 komanda əlavə edilməlidir. I Diviziona da Premyer Liqada olduğu kimi dövlət tərəfindən dəstək ayrılacaq. Məbləğ eyni deyil, amma aşağı liqa üçün normaldır”.