“I Like To Move It” hitinin müəllifi ölü tapıldıbackend

“I Like To Move It” hitinin müəllifi ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da dicey və prodüser Erik Morillo 49 yaşında dünyasını dəyişib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı günü “TMZ” portalı xəbər verib.

Onun məlumatına görə, diceyin cansız bədəni çərşənbə axşamı günü səhər Mayami-Biçdə aşkarlanıb. Ölüm səbəbi hələ müəyyənləşdirilməyib.

Qeyd edək ki, Morillo Reel 2 Real təxəllüsü altında Trinidad və Tobaqodan olan ifaçı Med Stantmenlə bərabər yazdırdığı “I Like To Move It” (1993) treki sayəsində geniş şöhrət qazanıb.