İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edibbackend

İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

Editor.az Trend-ə istinadən bildirir ki, tərəflər telefon danışığı zamanı Türkiyə və ABŞ münasibətlərini, Suriya, Liviya, Şərqi Aralı dənizi, Kipr, Əfqanıstan və Dağlıq Qaradakı vəziyyəti müzakirə ediblər.

Həmçinin tərəflər COVİD-19 pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə fikir mübadiləsi aparıblar. Söhbət əsnasında qarşıdakı dövr üçün iki ölkə arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirmək istəyi ifadə edilib.