İbrahim Kalın: “Türkiyənin münasibəti bəzilərini yaman qorxudub”backend

İbrahim Kalın: “Türkiyənin münasibəti bəzilərini yaman qorxudub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Ermənistan-Azərbaycan münaqişəsi barədə açıqlamalar verib.

“Haber7” kanalına danışan Kalın bildirib ki, Azərbaycan 30 ildir davam edən böhranı yaşayır:

“Beynəlxalq sistemdə bir böhran illərlə davam edirsə, deməli, bundan bəhrələnən dairələr var. Əgər bu problem təkcə Azərbaycanla Ermənistan arasında olsaydı, onda çoxdan həll edilə bilərdi.

Atəşkəsin davamlı olması üçün şərait yaradılmasa, böhranın sona çatması mümkün deyil. Qarabağ münaqişəsində Ermənistan Azərbaycan ərazilərinin işğalından imtina etməlidir. Problemin həlli bu qədər sadədir. Burada cənab Əliyevin münasibətini dəstəkləyirik. Sülhün əldə olunması üçün Ermənistan Qarabağdan çəkilməlidir. Hücumlara ilk olaraq Ermənistan tərəfi başlayıb, Azərbaycanın burada özünümüdafiə hüququ var.

Türkiyənin münasibəti bəzilərini yaman qorxudub. Azərbaycanla uzun zamandır əməkdaşlığımız var. Azərbaycanın öz ordusu çox güclüdür. Azərbaycan müstəqil bir ölkədir, istədiyi ölkə ilə müqavilə bağlaya bilər”.