İbrahim Kalın: Zelenski ilə Putin arasında görüş üçün heç bir ilkin şərt yoxdurbackend

İbrahim Kalın: Zelenski ilə Putin arasında görüş üçün heç bir ilkin şərt yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski ilə Putin arasında Türkiyədə görüş üçün hazırda heç bir ilkin şərt yoxdur.

Editor.az bildirir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın “A Haber” kanalının efirində deyib. Eyni zamanda o, əlavə edib ki, Türkiyə prezidentinin Zelenski ilə Putin arasında görüş keçirmək dəvəti qüvvədə qalır.

Kalın sözlərinə görə, Ukraynanın şərq və cənub ərazilərinin ilhaqı qərarından sonra Putin həmin görüşü alqışlasa da, Ukrayna tərəfi haqlı olaraq ilhaq bitənə qədər onunla görüşməyəcəyini deyir. Putin və Zelenski görüşündən danışan Kalın, “diplomatiyanın qapısı açılmalı” və “həll yolu Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır”, – deyib. O, həmçinin əlavə edib ki, Türkiyə BMT ilə taxıl sazişinin uzadılması üçün danışıqlar aparır, ideal halda altı ay və ya bir il.

  //Samir,Editor.az