İbrahim Kalından Baydenin Azərbaycanla bağlı paylaşımına cavabbackend

İbrahim Kalından Baydenin Azərbaycanla bağlı paylaşımına cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-da prezidentliyə namizəd Co Baydenin “Twitter”dən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı paylaşımına münasibət bildirib.

O, Baydenin “Dağlıq Qarabağda və onun ətrafında insan itkiləri sürətlə artdığı zaman Tramp rəhbərliyi dərhal Ermənistan və Azərbaycan liderlərini gərginliyi azaltmağa çağırmalıdır. Eyni zamanda, Türkiyə kimi ölkələrdən atışmanın kənarında qalmaları tələb edilməlidir” paylaşımına “Ermənistandan da işğala son verməsini istərdinizmi? Yoxsa sadəcə erməni lobbisinin qaralama kampaniyalarına təslim olacaqsınız?”, – deyə sualla cavab verib.