İbrahim Kalından taxıl dəhlizi ilə bağlı AÇIQLAMA: “Müsbət nəticə əldə edilməzsə, dayandırıla bilər”backend

İbrahim Kalından taxıl dəhlizi ilə bağlı AÇIQLAMA: “Müsbət nəticə əldə edilməzsə, dayandırıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müsbət nəticə əldə edilməzsə, mayın 18-də taxıl daşınması dayandırıla bilər”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.

“Mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşü taxıl dəhlizinin gələcəyi baxımından əhəmiyyət kəsb edir. Müsbət yöndə qərar qəbul edilməyəcəyi təqdirdə dünya üzrə ərzaq daşınmalarında ciddi problemlər yarana bilər”, – deyə o qeyd edib.

İbrahim Kalın əlavə edib ki, müsbət nəticə əldə edilməzsə, mayın 18-də taxıl daşınması dayandırıla bilər.

Oxu.az