İbrahim Rəisi Bəşər Əsədlə görüşəcəkbackend

İbrahim Rəisi Bəşər Əsədlə görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi mayın 3-də rəsmi səfərlə Dəməşqə gələcək. Bu, İran prezidentinin 2010-cu ildən bəri Suriyaya ilk səfəridir.

Editor.az “Əl-Vatan” qəzetinə istinadən xəbər verir ki, səfər zamanı onun suriyalı həmkarı Bəşər Əsədlə danışıqlar aparacağı gözlənilir. İki günlük səfər zamanı prezidentlər İran və Suriya arasında strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı rəsmi danışıqlar aparacaq və bu zaman itisadi sahəyə xüsusi diqqət yetiriləcək.

Danışıqların yekununda tərəflərin iqtisadi sahədə bir sıra saziş və anlaşma memorandumlarının imzalanacağı gözlənilir.

  //Samir Qurbanov,Editor.az