İbrahim Rəisi: “Qərb İranı təcrid edə bilmədi “backend

İbrahim Rəisi: “Qərb İranı təcrid edə bilmədi “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi nüvə anlaşmasının canlandırılmasına yönəlmiş danışıqlar yolu ilə sanksiyaların aradan qaldırılması üçün səy göstərdiklərini açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, o, paytaxt Tehranda yerli və xarici jurnalistlər üçün təşkil edilən mətbuat konfransında ölkəsinin daxili və xarici siyasətindəki inkişafları dəyərləndirib.

Rəisi İranın son vaxtlara qədər nüvə razılaşmasına sadiq qaldığını ifadə edib: “Düşmənə bəhanə verməmək üçün danışıqlar masasından ayrılmadıq. Onlar ölkədə hərc-mərclik istədikləri və məqsədlərinə çata biləcəklərini düşündükləri üçün danışıqlar masasını tərk etdilər. İndi isə məqsədlərinə çata bilməyəndə danışıqları davam etdirmək istədiklərini bəyan edirlər”.

O, həmçinin İranın sanksiyaların aradan qaldırılması üçün danışıqlarda öz xalqının əsas hüquqlarını nəzərə aldığını və bu mövqedən güzəştə getməyəcəyini qeyd edib: “Düşmən iki strategiya izləməyə çalışdı. Biri İranı dünyadan təcrid etmək idi, digəri isə İran millətini ruhdan salmaq. Hər iki strategiya uğursuz oldu. İranı təcrid edə bilmədi”.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!