İbrahim Rəisinin ölümü ABŞ-ı qorxudubbackend

İbrahim Rəisinin ölümü ABŞ-ı qorxudub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti prezident İbrahim Rəisinin ölümündən sonra İranın böhranla necə mübarizə apardığını diqqətlə izləyir.

Editor.az “Politico”ya istinadən xəbər verir ki, Co Bayden administrasiyası yeni dövlət başçısı təyin olunana qədər Tehranın regional siyasətində ciddi dəyişikliklər gözləmir, əksinə eskalasiya risklərindən ehtiyatlanır. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ağ Ev İranın Ebrahim Rəisinin ölümündə ABŞ və ya İsraili günahlandıra biləcəyindən ehtiyat edirdi. Mənbələrdən birinin dediyinə görə, belə müzakirələr qəzaya uğrayan helikopterin uzun müddət axtarışı ilə əlaqədar başlayıb.

Onun sözlərinə görə, o anda üçüncü dünya müharibəsinin mümkün alovlanması məsələsi də gözlənilən idi. Belə ki, ABŞ hakimiyyəti rəsmi Tehranın Vaşinqtonu və ya Təl-Əvivi prezidentin helikopterini qəsdən sıradan çıxarmaqda ittiham edəcəyini istisna etməyib. Lakin kəşfiyyat məlumatlarına görə, qəzaya səbəb pis hava şəraiti olub. “Politico” onu da qeyd edir ki, İran qəzaya uğrayan helikopterin qalıqlarının tapılması üçün ABŞ-dan kömək istəyib. ABŞ Dövlət Departamenti bazar ertəsi prezidentin ölümü ilə bağlı Tehrana başsağlığı verib. Pentaqonun rəhbəri Lloyd Austin mayın 20-də keçirdiyi mətbuat konfransında ABŞ-ın təbii fəlakətlə heç bir əlaqəsinin olmadığını bildirib.

//Samir Qurbanov,Editor.az