İbrahim Tatlısəs: Kaşki çox pulum olmasaydıbackend

İbrahim Tatlısəs: Kaşki çox pulum olmasaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altı övladı olan məşhur müğənni İbrahim Tatlısəsin övladları ilə yaşadığı problemlər gündəmdə qalmaqda davam edir. Məşhur müğənni son açıqlamasında ailədəki böhranların səbəbinin pul olduğunu deyib.

İbrahim Tatlısəsin ötən həftə ürək qapağından əməliyyat olunub.

Mübahisə etdiyi qızı Dilan Çıtak İbrahim Tatlısəs tək qoyduğu halda, onunla məhkəməlik olan oğlu Ahmet Tatlısəs yanına gedib.

Xəstəxanadan çıxarkən jurnalistlərin suallarını cavablandıran Tatlısəs, ailəsindəki iğtişaşlara pulun səbəb olduğunu deyib:
“Kaşki bu qədər pulum olmasaydı, mən də rahat olardım. Çünki pul bəzən problem yaradır. Hətta hər zaman problem yaradır. Əgər pulum az olsaydı, bu qədər hadisə baş verməzdi” deyib.

//Samir Qurbanov, Editor.az