İbrahim Tatlısesin hər kəsi şoka salacaq sərvəti – SİYAHIbackend

İbrahim Tatlısesin hər kəsi şoka salacaq sərvəti – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk sənət musiqisinin “İmperatoru” adlandırılan müğənni İbrahim Tatlıesesin var-dövləti açıqlanıb.

Sənətçinin sərvətinə lüks avtomobilləri, yaxtası, otelləri, binaları, villaları, hektarlarla torpaq sahələri, televiziya şirkətləri, kabab restoranları daxildir.

BAKU.WS Türkiyə KİV-ə istinadən ifaçının sözügedən var-dövlətinin siyahısını təqdim edir:

Seyrantepedə 1.5 hektar ərazidə kabab restoranı;

TV binası, Tatlıese Şirkətlər Qrupu binası;

 

“By Tatlıeses” geyim atelyesi və mağazası;

 

Demirciköy Alarko yaşayış kompleksində 1 villa;

 

Seyrantepe “OYAK” yaşayış kompleksində 3 mənzil;

 

Hadımköy Günışığı yaşayış kompleksində 1 villa;

 

Şanlıurfada bir mənzil;

 

İmzir Narlıdere Folkart yaşayış kompleksində bir mənzil;

1 yaxta;

2 sürət qayığı;

2 ədəd “Mercedes” markalı avtomobil;

3 “Jeep”, 1 “Limuzin”, 20 şirkət maşını;

Bodrum Bitezdə 48 mənzilli Tatlıses Paradise yaşayış kompleksi içərisində 1 villa;

Bodrum Bitezdə 6.5 hektar 26 otaqlı “Golo Beach Hotel”;

Kuşadasında 8 hektar ərazidə 6 mərtəbəli 157 otağı və 314 yataq otağı olan “Tatlıses otel”;

İstanbulda 5 kabab restoranı.