“Milan”ın İsveçli ulduzu Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasnı qazanmadığına görə ona qarşı olan tənqidlərə cavab verib.
“Çempionlar Liqası möhtəşəm bir turnirdir. Onu qazanıb-qazanmamağımın mənim üçün heç bir əhəmiyyəti yoxdur. Mən bütün hallarda ən yaxşısıyam. Ən yaxşıların Çempionlar Liqasını qazanmalıdır deyə bir anlayış yoxdur.”-deyə Zlatan bildirib.
Qeyd edək ki, 40 yaşındakı Zlatan İbrahimoviç milan forması ilə cari mövsümdə 22 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

