İçində uşaq olan maşını oğurlandı-TƏFƏRRÜATLARbackend

İçində uşaq olan maşını oğurlandı-TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçində uşaq olan maşını oğurlandı

Konyada dəhşətli hadisə baş verib. Editor.az “Habertürk”ə istinadən xəbər verir ki, Mustafa Arslanxan adlı şəxs əvvəlcə şəhər ofislərinin birindən kompyuterləri oğurlayıb. Daha sonra ərazidən uzaqlaşarkən Səlcuq Çələbi adlı şəxsi bıçaqla hədələyərək avtomobilini qaçırıb. Oğru avtomobili qaçırarkən avtomobildə Səlcuk Çələbinin altı yaşlı uşağı da olub. Sonra isə başqa bir avtomobillə toqquşub. Qəzanın baş verdiyi digər avtomobilin sürücü ilə mübahisə edərkən polisin gəldiyini görən Mustafa Arslanxan uşaqla bir yerdə ərazidən uzaqlaşaraq binaların birində gizlənib.

Hadisə yerində olan Türkiyənin DHA xəbər agentliyinin nümayəndələri oğrunun gizləndiyi binanı görüb. Onlar dərhal polisə məlumat verib. Əməliyyat keçirən polis Mustafa Arslanı saxlayıb. Uşağı isə valideyninə təhvil verib.

//Editor.az