İcma: “Simonyanın Azərbaycan Konstitusiyasında dəyişdirilməli müddəaların olması barədə fikirləri məsuliyyətsizlikdir”backend

İcma: “Simonyanın Azərbaycan Konstitusiyasında dəyişdirilməli müddəaların olması barədə fikirləri məsuliyyətsizlikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib.

“Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır.

Alen Simonyan qalib Azərbaycan haqqında boğazdan yuxarı danışmaqdansa, qoy gedib Ermənistan gerbində özünün dediyi kimi, “smaylikə oxşayan şiri” şərh etsin”, – bəyanatda vurğulanıb.