İcra başçısı deputatın xalası oğlunu vəzifəyə təyin etdibackend

İcra başçısı deputatın xalası oğlunu vəzifəyə təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayon icra hakimiyyətinin başçısı  Adil Vəliyev rəhbərlik etdiyi qurumda kadr dəyişikliyi edib.

“Yeni Sabah” xəbər verir ki, A.Vəliyevin əmri ilə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədov Vüqar Həsən oğlu vəzifəsindən azad olunaraq, Bilgəh qəsəbəsi üzrə icra nümayəndəsi təyin olunub. Onun yerinə isə adıçəkilən vəzifəyə Səlimov Vidadi Əmirxan oğlu təyinat alıb.

Qeyd edək ki, V.Əsədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin xalası oğludur.