İcra başçısı özünə xanım müavin təyin etdibackend

İcra başçısı özünə xanım müavin təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oğuz Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Editor.az  “Unikal”a istinadla xəbər verir ki, icra başçısının sərəncamı ilə Aliyə Arif qızı Osmanova Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Osmanova bu təyinatadək Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.