İcra başçısının iki vəzifəli şəxsi işdən çıxarmasının SƏBƏBİ bəlli oldubackend

İcra başçısının iki vəzifəli şəxsi işdən çıxarmasının SƏBƏBİ bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xətai Rayon İcra Hakimiyyəti iki əməkdaşın işdən azad edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar yeni deyil:

“Sözügedən məlumatda adı çəkilən icra başçısının birinci müavini Anar Səmədov və RİH-in sektor müdiri – baş mühasib Emin Məmmədzadə müvafiq olaraq dekabr-fevral aylarında öz ərizələri ilə başqa vəzifələrə təyinatları səbəbindən icra etdikləri işlərdən azad edilmələri ilə bağlı müraciət ediblər. Onların müvafiq müraciətləri də aidiyyəti üzrə qəbul edilib”.