İcra başçısının qardaşı direktor təyin edildibackend

İcra başçısının qardaşı direktor təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə Cavid Nazim oğlu Paşayev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru vəzifəsinə təyin olunub.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yeni təyin olunmuş direktoru bu gün kollektivə təqdim edilib.

2022-2023-cü illərdə Cavid Paşayev “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini, direktor vəzifəsini icra edib.

Editor.az xatırladır ki, C.Paşayev Göygöy rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin qardaşıdır.

//Editor.az