İcra başçısının yüksək vəzifəyə təyin etdiyi Leyli Mirzəyeva kimdir? – FOTObackend

İcra başçısının yüksək vəzifəyə təyin etdiyi Leyli Mirzəyeva kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.

Editor.az APA-ya istinadla xəbər verir ki, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb. O, bu vəzifədə 2016-cı ildən çalışırdı.

Səbailin icra başçısı Vüqar Zeynalov da 2012-2015-ci illərdə Nizami Kino Mərkəzinin direktoru olub. O, 2015-2018-ci illərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi, oradan isə icra başçısı vəzifəsində göndərilib.

Leyli Mirzəyevanın təyinatından görünür ki, icra başçısı vaxtı ilə öz yerinə təyin etdirdiyi xanımı bu dəfə İH-də yüksək vəzifə ilə təmin edib.

Məlumat üçün onu da qeyd edək ki, Vüqar Zeynalovun barəsində maraqlı iddialar da az deyil. Bu və ya digər məqamlarla bağlı araşdırmamız olacaq.

MİA.AZ

img