İctimaiyyət NARAZIDIR: ” Qiymətlər artıb, keyfiyyət isə eynidir”- Millət vəkilindən ŞƏRHbackend

İctimaiyyət NARAZIDIR: ” Qiymətlər artıb, keyfiyyət isə eynidir”- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hal-hazırda taksi xidmətində edilən dəyişikliklərindən belə qənaətə gəlmək olur ki, qiymətlərin qaldırılmasında əsas məqsəd daha keyfiyyətli xidmətin göstərilməsidir. Ancaq hazırda bu müşahidə edilmir. Qiymətlər qalxsa da yenə keyfiyyətsiz və köhnə avtomobillər xidmət göstərməkdədir. Ola bilsin ki, yaxın bir neçə ay ərzində taksi şirkətləri öz avtomobil qarajını yeniləyəcək, yaxud köhnə avtomobillər sıradan çıxacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, taksi qiymətlərinin artması vətəndaşlarının xərclərinin artmasına gətirib çıxaracaq:

” Ancaq buna paralel olaraq ictimai nəqliyyat, avtobus və metro sayının artırılması bu narazılığı aradan qaldıra bilər. Əgər həqiqətən də metro və avtobuslar vətəndaşların istəyini qarşılaya bilsə və istədikləri ünvana rahat çata bilsələr daha çox ictimai nəqliyyatın sözügedən növlərindən istifadə edəcəklər. Eyni zamanda, Bakı yollarında  avtobus xətlərinin sayı artırılır. Hesab edirəm ki, avtobus xətlərindən istifadə ilə bağlı şərtlər daha da sərtləşdirilməlidir. Çünki çox vaxt avtobus yollarından adi nəqliyyatlar da istifadə edir. Əgər bu problem də öz həllini tapsa, avtobus xətlərinə xüsusi maneələr quraşdırılmaqla başqa nəqliyyat vasitələrinin ora daxil olmasının qarşısı alınsa, avtobuslar da ünvana vaxtında çatacaq. Metrolarda isə qrafik müddəti qısaldılmalı və yeni qatarlar xəttə buraxılnalıdır. Bu halda sıxlıq daha az olar.

Avropanın böyük meqapolislərində şəhərin mərkəzi hissələrində avtomobillər daha azdır və yerli sakinlər, turistlər ictimai nəqliyyata daha çox üstünlük verir.  Hazırda aidiyyatı qurumların da həyata keçirdiyi islahatlar buna əsaslandırılmalıdır. Prosesler izlənilir və əsas istək ondan ibarətdir ki, bu dəyişikliklər zamanı vətəndaşların xərclərinin artmasına diqqət edilsin. Hesab edirəm ki, aidiyyatı qurumlar və Azərbaycan hökuməti bu problemlərin mərhələli şəkildə həllinə çalışır. Taksi xidməti ilə bağlı həyata keçirilən bu dəyişikliklərin səbəbi isə daha keyfiyyətli xidmət göstərmək və vətəndaşların vaxtına qənaət etmək, ictimai nəqliyyatın keyfiyyətini artırmaqdır”.

//Gülnarə Abasova, Editor.az