İdarəetmədən çıxan maşın kafeyə girdi: 1 ölü, 6 yaralıbackend

İdarəetmədən çıxan maşın kafeyə girdi: 1 ölü, 6 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisdə idarəetmədən çıxan avtomobil kafenin ərazisinə girib.

Editor.az APA-ya istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə Parisin 17 -ci məhəlləsindəki Sofrois küçəsində baş verib. Sürücünün maşını qəza yerində qoyaraq qaçdığı bildirilib.

Yaralılardan biri, avtomobildə olan sərnişin reanimasiyaya yerləşdirilib.

Şəhər polisi kafenin ərazisini nəzarətə götürüb, araşdırma aparılır.