“İdeal” mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərindən xəbər varbackend

“İdeal” mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərindən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin həbsdə olan keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qərarının ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

 

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi təmin edilməyib.

 

Qeyd edək ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

 

O, Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.