“İdman siyasətinə “Böyük Qayıdış” çərçivəsində də xüsusi önəm verilir”- Millət vəkilibackend

“İdman siyasətinə “Böyük Qayıdış” çərçivəsində də xüsusi önəm verilir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan dövlətinin idmana göstərdiyi diqqətin nəticəsində ölkəmiz dünyada idman ölkəsi kimi tanınmışdır. İdmançılarımızın əldə etdiyi uğurlar, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları və bu sahədə görülən saysız-hesabsız işlər bunun bariz nümunəsidir. Hər il olduğu kimi ötən il də ölkəmizin idman tarixində uğurlu nəticələr yadda qalmışdır. Azərbaycan bu sahəni daim diqqət mərkəzində saxlayır, müasir tendensiyalar və çağırışlara uyğun olaraq inkişaf etdirir”.

Editor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında idman ictimaiyyəti və idmançılar qarşısında bir daha məqsəd və hədəflərdən söz açdı:

“Prezidentin qeyd etdiyi məqamlar ciddi tapşırıq kimi qəbul edilir. İdman yalnız yarışlarda qazanılan qələbədən ibarət deyil, sağlam həyat tərzinin təbliğ və təmin edilməsində önəmli rol oynayır. Dövlət tərəfindən bu istiqamətdə də əməli addımlar atılır. Buna misal olaraq göstərə bilərik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Bizim Həyət” layihəsi çərçivəsində bir çox yerlərdə idman qurğularının yerləşdirilməsi təmin olunub. Yüz minlərlə sakini əhatə edən bu layihə idman və sağlamlığın təbliği istiqamətində də verdiyi töhfəyə görə kifayət qədər uğurlu layihədir. İdman təşkilatlarının, Olimpiya idman komplekslərinin yerlərdə göstərdiyi fəaliyyət də özünü doğrultmaqdadır. Son vaxtlar paytaxtda inşa edilən parkların əksəriyyətində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Prezident çıxışında idmanın kütləviliyinin təmini məqsədilə bu işlərin bölgələrdə də tətbiq edilməli olduğunu vurğuladı. Ölkə başçısının da qeyd etdiyi kimi, açıq hava altında idman qurğularının yerləşdirilməsi daha çox sosial xarakter daşıyır. Belə ki, sağlamlıq, vaxt, əlçatanlıq və kütləvilik burada əsas amildir. Cənab Prezident məsələnin vacibliyinə görə nazirlik və yerli icra orqanlarına bu məsələ ilə ciddi məşğul olmağı tapşırdı. İdman siyasətinə “Böyük Qayıdış” çərçivəsində də xüsusi önəm verilir. Ağdamın məşhur “İmarət” stadionunun yenidən qurulması, burada Olimpiya İdman Kompleksinin yaradılması, digər idman obyektlərinin inşası bu xüsusda görülən əlamətdar işlərdən olacaq. Beynəlxalq sferada mötəbər tədbirlərin ev sahibliyini ən yüksək səviyyədə həyata keçirən ölkə kimi layiqli yer tutan Azərbaycan bundan sonra da həm ölkədaxili, həm də beynəlxalq səviyyədə idman siyasətini uğurla davam etdirəcək”.

//Gülnarə Abasova, Editor.az