“İdman TV”nin tanınmış aparıcısı İsmayıl Abdullayev telekanaldan ayrılıb.
Bu barədə idman şərhçisinin özü məlumat verib.
Qeyd edək ki, İsmayıl Abdullayev “İdman TV” açılandan – 2009-cu ildən bu telekanalda çalışırdı. O, 2015-ci ildə telekanaldan ayrılsa da, qısa müddət sonra ora qayıtmıdı.
İ.Abdullayev “Neftçi”nin TV kanalında da paralel olaraq çalışır. Onun tezliklə digər idman telekanalı olan “CBC Sport”da işə başlayacağı gözlənilir.