Bolunun Mengen rayonunda idmançı Halit Şahin, yol ayrıcında baş verən qəzadan sonra həyat yoldaşını təhqir etdiyini iddia etdiyi 3 nəfəri xəstəxanalıq edib.
İddiaya görə; İdmançı Halit Şahinin həyat yoldaşı Aygül Şahinin və onların 8 yaşları olan 2 qızının olduğu 06 AY 2043 nömrə nişanlı avtomobil naməlum şəxslərin olduğu digər avtomobillə toqquşub. Qəzadan sonra Ayşe Şahinlə toqquşduğu digər avtomobildə olan 3 nəfər arasında mübahisə yaranıb.
Qəzadan sonra hadisə yerinə gələn Halit Şahin həyat yoldaşını təhqir etdiyini iddia etdiyi 3 nəfərlə dava edib. Şahin təpik və yumruqlarla 3 nəfəri vurub. Xəstəxanaya çatdırılan 3 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
Hadisə anı təhlükəsizlik kamerasına düşüb. İstintaq davam edir.
//Samir Qurbanov, Editor.az

