Xorvat əsilli 32 yaşlı italyan reqbiçi Amar Kudin noyabrın 18-də rəsmi tapşırığı yerinə yetirərkən faciəvi şəkildə ölüb.
Publika.az xəbər verir ki, Kudin idman karyerası ilə paralel olaraq polis işləyirmiş. Məlumata görə, futbolçu başqa bir polis maşını ilə toqquşub və hadisə yerində dünyasını dəyişib.
Kudin uşaq ikən İtaliyaya köçüb və orada reqbi oynamağa başlayıb. O, əvvəlcə “Treviso” klubunda çıxış edib, sonra isə “Rugby San Dona” ilə peşəkar müqavilə imzalayıb.
O, İtaliyanın gənclər yığmasında da çıxış edib, əsas milli komandaya namizəd olub.