“İdmançılar yarışlarda formalaşır, səhvlərini görür və öz üzərlərində işləyirlər” – RƏYbackend

“İdmançılar yarışlarda formalaşır, səhvlərini görür və öz üzərlərində işləyirlər” – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tokio Olimpiadasının nəticələri hamını məyus etdi. Mən düşünürəm ki, idman federasiyalarının fəaliyyətinin səmərəliyinin artırılması yönündə tədbirlər daha da genişləndirilməlidir. Xüsusilə qeyd edim ki, ölkədaxili yarışların sayı artırılmalıdır. Çünki idmançılar yarışlarda formalaşır, səhvlərini görür və öz üzərlərində işləyir. Ümumiyyətlə, federasiyaların maddi-texniki bazasını gücləndirmək və fəaliyyətini diqqət mərkəzində saxlamaq lazımdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, idmanla məşğul olanların, xüsusilə yeniyetmələrin sayı artırılmalıdır ki, uğur da artsın: “İnsanların kütləvi şəkildə idmanla məşğul olması üçün şərait yaradılmalı, yeni məkanlar qurulmalıdır. Vətəndaşların pulsuz idmanla məşğul olmalarına şərait yaradılmalıdır. Rayonlarda tikilən Olimpiya İdman Kompleksləri orada yaşayan vətəndaşların idmanla məşğul olmaları üçün əvəzsiz rol oynayacaq. Gənc idmançılar bu imkanlardan məharətlə istifadə edib, dəyərləndirməlidirlər”.