İdmançılarımız çətin seçim qarşısında: İslamiadaya getməyə bilərlərbackend

İdmançılarımız çətin seçim qarşısında: İslamiadaya getməyə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Cüdo Federasiyası bu il keçiriləcək iki mötəbər turnir vaxtı seçimdə çətinliklə üzləşib.

Editor.az xəbər verir ki, 7-14 avqust tarixlərində Öxbəkistanın paytaxtı Daşkənddə dünya çempionatı, 9-18 avqust tarixlərində isə Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Bəs federasiya hansı turnirə daha çox önəm verəcək?

Federasiyanın baş katibi Rəşad Rəsulludan bu məsələyə münasibət öyrəndik:

“İslamiadanın özünün tarixinin cüdo üzrə dünya çempionatına görə dəyişdirilməsi variantı var. Təbii ki, eyni tarixlərdə keçirilsə, biz dünya çempionatına önəm verəcəyik. Dünya çempionatında 9 əsas idmançımız mübarizə aparacaq. İslamiadaya isə ikinci komanda ilə qatıla bilərik. Türkiyə millisinin özü belə əsas millisini dünya çempionatına göndərməyi düşünür. Belə olan halda, biz niyə dünya çempionatını qoyub, əsas komandamızı İslamiadaya aparaq ki?!”