“İdmanımızda baş verən sıçrayışlı inkişaf dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğısının nəticəsidir”- Millət vəkilibackend

“İdmanımızda baş verən sıçrayışlı inkişaf dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğısının nəticəsidir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan idmanı qısa bir zaman kəsiyində uğurlu inkişaf yolu keçib. 90-cı illərin əvvəlində ölkəmizdə idman sahəsinə heç bir diqqət yetirilmədiyindən idman barəsində düşünə də bilməzdik. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra idman sahəsində yeni bir səhifə açıldı. Belə ki,  Milli Olimpia Komitəsinin sədri İlham Əliyev ölkəmizin idman sektoruna xüsusi diqqət göstərməyə başladı. İlk illərdə beynəlxalq idman oyunlarda təmsil olunan idmançılar arasında əsasən dəvət olunmuş idmançılar çoxluq təşkil edirdisə, son illər isə uğurlu nəticələri ölkəmizə qazandıran və Üçrəngli Dövlət bayrağımızı dünya idman arenalarında dalğalandıran əsasən azərbaycanlı gənclərdir.

Ölkəmizdə qısa bir zamanda gənc idmançılar nəsli yetişdirilmişdir. Respublikada istifadəyə verilmiş 50-yə yaxın Olimpiya İdman Komplekslərinin yerlərdə gənclər arasında potensiallı idmançıların üzə çıxardılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynadı. Azərbaycan dünya ölkələri arasında coğrafi ərazisinə görə o qədər böyük ölkə olmasa da idman sahəsində böyük ölkələrlə inamla mübarizə aparılır və qalib gələrək medallar gətirilir. Bəli, qazanılmış 800 medaldan 300-ü qızıl olması özü böyük uğurdur. Amma yetişən gənc idmançılarımız ölkəmizə gələcəkdə daha çox uğurlar gətirəcəkdir. İdman təbii ki, Azərbaycanı dünyada tanıdır. Ölkəmiz artıq bir idman ölkəsi imicini formalaşdırmışdır. Bunu həm beynəlxalq yarışlarda qazandığımız nəticələr, həm də ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün yaradılmış şərait təsdiq edir. Azərbaycan həm də böyük beynəlxalq idman oyunlarını keçirmək təcrübəsi qazanmış və ölkəmiz yeni standartlar meydana gətirmişdir. Bu yeni standartlarımızı Birinci Avropa İdman Oyunlarında təqdim etdik və növbəti keçirilən idman oyunları təcrübəmizə uyğun qurulur.

İdman həm də sağlam gənclik deməkdir. İdman arenalarında özünü formalaşdıran gəncliyimiz döyüş meydanında da məharətlə döyüşmüş, 30 il işğal altında qalmış torpaqları 44 gündə azad etmişdir. Bu gün ordumuzda yaradılan yeni komanda qoşun növündə xidmət edən hər bir gəncimiz də idmançıdır. Bu o deməkdir ki, ölkənin gələcəyi sağlam və etibarlı gəncliyi sayəsində daha təhlükəsiz təmin olunaraq daha böyük uğurlara imza atılacaqdır. Təbii ki, idmanımızda baş verən sıçrayışlı inkişaf dövlətimizin bu sahəyə göstərdiyi xüsusi qayğısı sayəsində baş verir. Dövlət başçımız hər il idmançılarla görüşür, ilin yekunları müzakirə edir, qazanılan uğurları təqdir edir və görüləcək işlər barəsində tövsiyyələrini verir. Bu da idmançılarımızı stimullaşdırır və gələcəkdə daha böyük uğurlara imza atmasına sövq edir.

Milli Məclisin deputatı,

Azər Badamov