“İƏT-a daxil olanların böyük qismi Azərbaycanla hərtərəfli əlaqələr quran ölkələrdir”- ŞƏRHbackend

“İƏT-a daxil olanların böyük qismi Azərbaycanla hərtərəfli əlaqələr quran ölkələrdir”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Prezidenti İlham Əliyevin son həftələrdə Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşlərində iştirakı, burada toxunulan məsələlər Azərbaycanın, xüsusilə region ölkələri ilə yaxın gələcəkdə strateji əlaqələrin daha da genişləndirilməsi zərurətindən xəbər verir”.

Bu sözləri Editor.az-a Prezidentin Özbəkistan səfəri ilə bağlı şərh verərkən siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin İƏT-in Zirvə Toplantısında çıxışı, toxunduğu məqamlar bu ölkələrlə iqtisadi, ticarət sahəsində Azərbaycanın əməkdaşlığının genişləndirilməsi istiqamətində böyük potensialların olduğunu nümayiş etdirir:

“Bu sırada dövlət başçısı İlham Əliyevin Özbəkistanla münasibətlər, hazırkı durum və əldə edilmiş əməkdaşlıq səviyyəsini daha da yüksəltmək üçün ortaya qoyduğu fikirlər çox əhəmiyyətlidir. Xüsusilə də İƏT çərçivəsində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin və əlaqələrin instensivləşdirilməsi ümumən Asiya və Avropa arasında əlaqələrin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərmək gücündədir”.

Ekspert bildirib ki, İƏT-a daxil olan ölkələrin böyük qismi Azərbaycanla hərtərəfli və yaxşı münasibətlərdə olanlardır: “Bu mənada İƏT-a üzv olan ölkələrlə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində cənab Prezidentin çıxışı olduqca önəmlidir”.

//Səbinə Hüseynli, Editor.az