II Yelizaveta öldü: 10 günlük matəm elan olundubackend

II Yelizaveta öldü: 10 günlük matəm elan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kraliçası II Yelizaveta bu gün, sentyabrın 8-də Balmoraldakı iqamətgahında 97 yaşında vəfat edib.

Editor.az xəbər verir ki, bu barədə Bukingem sarayının mətbuat xidməti rəsmi olaraq elan edib. Ölümün səbəbləri açıqlanmır. Britaniya taxt-tacı kraliçanın böyük oğlu, 73 yaşlı Uels şahzadəsi Çarlza keçib. Britaniyada 10 günlük matəm elan edilib.

Qeyd edək ki, Kraliçanın səhhəti bu səhər pisləşib və Bukingem Sarayının mətbuat ofisinin həkimləri onun daimi nəzarət altında olması ilə bağlı açıq mesajla çıxış etməyə məcbur olublar. Bunun ardınca oğlu və taxt varisi şahzadə Çarlzın təcili olaraq Balmoral qəsrinə getdiyi məlum olub. Digər yaxın ailə üzvləri də oraya gəlib.

//Samir, Editor.az