III Dünya Müharibəsi həmişəkindən daha yaxındır – Donald Trampbackend

III Dünya Müharibəsi həmişəkindən daha yaxındır – Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Detroytda Milli Qvardiya Assosiasiyasının üzvləri ilə görüşüb və öz çıxışında III Dünya Müharibəsinin başlamasının risklərindən danışıb.

Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsi, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazilərinə daxil olması buna gərib çıxara bilər. “Mən III Dünya Müharibəsinin qarşısını alacağam.

Başqa heç kim (prezidentliyə namizədlərdən) bunun qarşısını ala bilməyəcək. Siz Üçüncü Dünya Müharibəsi ilə bitəcəksiniz. Baxın, hazırda Ukraynada nə baş verir. Onlar Rusiyaya axışıblar” – Tramp deyib. O, əlavə edib ki, hadisələrin bu cür inkişaf III Dünya Müharibəsinin həmişəkindən daha yaxın olduğunu sübut edir. Eks prezident Rusiya ilə Ukrayna arasındakı münaqişəni tez bir zamanda dayandırmağa qadir olduğunu bir daha vurğulayıb. Respublikaçı namizəd artıq bir neçə dəfə oxşar bəyanatlar verib. 2023-cü ilin iyulunda o, hakimiyyətdə olsaydı, Ukraynadakı münaqişəni 24 saata bitirə biləcəyini söyləyib.

//Samir Qurbanov, Editor.az