İker Kasilyas: “Kubok qazanılmasa, hər şey mənasızdır”backend

İker Kasilyas: “Kubok qazanılmasa, hər şey mənasızdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənbə günü UEFA Çempionlar Liqasının final mərhələsində “Real Madrid” “Liverpul”la qarşılacaq. Editor.az “sporx” a istinadən xəbər verir ki, oyun öncəsi “Real Madrid”in keçmiş qapıçısı İker Kasilyas oyunla bağlı fikirlərini bölüşüb.

“”Real Madrid” azərkeşləri hər kəsə xoş hisslər bəxş edən bu klubla fəxr etməlidir. “Real Madrid”in oyunçusu olmaq arzunuz varsa güclü, istedadlı və cəsur olmalısınız. Bu xüsusiyyətlər sizdə UEFA Çempionlar Liqası kimi turnirlərdə fərqlənmənizə kömək edə bilər. Bu mövsüm tribunada olduğum zaman keçirdiyim həyəcanı heç vaxt meydanda keçirməmişəm. “Real Madrid” kuboku qazanmasa PSJ, Çelsi və “Mançester Siti” klublarını üstələməyini heç kəs xatırlamayacaq. “Real Madrid” və “Liverpul” bu gün dünyanın ən güclü komandalarındandır. Finala çıxmaq hər iki komandanın haqqıdır”,- deyə İker Kasilyas bildirib.

//Nəzərbəy, Editor.az