İki ABŞ hərbi helikopteri qəzaya uğrayıbbackend

İki ABŞ hərbi helikopteri qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon rəsmiləri hər birində iki əsgər olan ABŞ ordusuna məxsus iki AH-64 “Apache” helikopterinin təlimdən sonra Alyaskada qəzaya uğradığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Ordusunun 11-ci Hava Desant Diviziyasının məlumat verib.

“İlkin tibbi yardım göstərilir. Hadisə ilə bağlı araşdırma aparılır və əlavə məlumat əldə edildikdən sonra açıqlanacaq”-deyə məlumatda qeyd edilib.

Hərbi sözçü Con Pennell daha sonra əlavə edib ki, təyyarədə ümumilikdə 4 nəfər olub. Ancaq onların vəziyyəti və ya xəsarət alanların olub-olmaması barədə ətraflı məlumat verməyib.

Onu da qeyd edək ki, “AH-64” döyüş gəmisi adətən bir pilot və bir topçu olmaqla iki nəfərdən ibarət ekipajı daşıyır.

//Safura Bənnayeva, Editor.az