ABŞ Ordusu Ukrayna Silahlı Qüvvələri üçün artilleriya sursatları istehsal edəcək iki şirkətlə 522 milyon dollarlıq müqavilə imzalayıb. Editor.az bildirir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Məlumata görə, “Northrop Grumman Systems” və Global Military Products” sifarişləri qəbul edib. Qeyd olunur ki, ABŞ müvafiq qərarı Ukraynanın artilleriya mərmilərinin tez bir zamanda tükənəcəyi qorxusu fonunda qəbul edib. Ölkə mart ayından yeni sursatların tədarükünə başlamağı planlaşdırır. Müqavilələr Pentaqonun Ukraynanın təhlükəsizliyinə dəstək təşəbbüsü çərçivəsində maliyyələşdirilir.
//Samir Qurbanov, Editor.az