İki Amerika strateji bombardmançı təyyarəsi Baltik dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşıbbackend

İki Amerika strateji bombardmançı təyyarəsi Baltik dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iki Amerika strateji bombardmançı təyyarəsinin Baltik dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşdığını iddia edir.

Editor.az bildirir ki, bu barədə BBC-nin Rusiya Xidməti, Rusiya Milli Müdafiə Nəzarət Mərkəzinə istinadən xəbər verib. Xəbərə görə, iki Amerika strateji (yəni nüvə silahı daşıya bilən) bombardmançı təyyarəsi Baltik dənizi üzərində Rusiya hava məkanı yaxınlığında görünüb. Buna cavab olaraq “Su-27” qırıcısı havaya qaldırılıb.

Lakin Müdafiə Nazirliyi hadisənin dəqiq nə vaxt baş verdiyini açıqlamayıb. “Rusiya qırıcı təyyarəsinin ekipajı hava hədəflərini ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “B-1B” strateji bombardmançı təyyarəsi kimi təsnif edib və dərhal mövcud hava müşahidə zonasını ələ keçirib”, – deyə mərkəz bildirib. “Xarici hərbi təyyarələr Rusiya Federasiyasının dövlət sərhədindən çıxarıldıqdan sonra rus qırıcısı öz baza aerodromuna qayıdıb”, – Rusiya hərbçiləri bildiriblər.

CNN-in məlumatına görə, Pentaqon özünün iki “B-1” bombardmançı təyyarəsi ilə Rusiya təyyarəsi arasında “qarşılıqlı əlaqə” olduğunu təsdiqləyib. “Mən başa düşürəm ki, bu, Rusiya təyyarələri ilə təhlükəsiz və peşəkar qarşılıqlı əlaqə idi. Ona görə də bu barədə məlumat vermək üçün vacib heç nə yoxdur”, – deyə Pentaqonun sözçüsü Pat Rayder çərşənbə axşamı mətbuat brifinqində bildirib.

//Samir Qurbanov,Editor.az