İki azərbaycanlı məşhur sənətçi illər sonra efirdə barışdılarbackend

İki azərbaycanlı məşhur sənətçi illər sonra efirdə barışdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illər küsülü olan müğənnilər Cavad Rəcəbov və Qədir Məmmədov barışıblar.

Editor.az lent.az-a istinadən xəbər verir ki, onların barışığı “Həmin Zaur” verilişində baş tutub.

Aparıcı Zaur Kamal telefonla Qədir Məmmədova zəng edib, onu Cavad Rəcəbovla danışdırıb.

Müğənnilər bir-biriləri haqda xoş sözlər deyib, barışdıqlarını bəyan ediblər.

Xatırladaq ki, 2014-cü ildə “Sevimli şou” verilişinin reklam fasiləsində hər iki müğənni əlbəyaxa olmuşdu.