Türkiyədə azyaşlı qızlar arasında dava intihara cəhd ilə nəticələnib.
Bu barədə “Sondakika.com” məlumat yayıb.
Bildirilib ki, uşaq evində iki qız qrupu arasında başlayan davada rəfiqələr əl-ələ verərək binanın damında intihara cəhd edib.
Polislərin müdaxiləsi ilə onlar damdan endirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.

