“Dağlıq Qarabağ münaqişəsi həll olduqdan sonra Ermənistan koridor ölkə olmaq şansı qazanıb.Bu şansdan yararlanmağın yolu yalnız Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.Həm Ermənistanın daxilində,həm də yaxın qonşuları arasında bunu istəməyən qüvvələr var.İran bunu istəmir, çünki Azərbaycanın regional gücə verilməsi onu qorxudur. Normallaşma İranı böyük enerji layihələrindən kənarda qoyur”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
O, bildirib ki, Rusiyanın Qafqaz siyasəti ziddiyyətlidir:
“Rusiyanın Ermənistanı özünə birləşdirmək siyasəti baş tutmasa, bu Rusiyanın Cənubi Qafqazdan birdəfəlik gedişinin başlanğıcı olacaq. 30 illik Dağlıq Qarabağ münaqişəsindən ən cox yararlanan qonşu Gürcüstan oldu. Zəngin enerji resursları olan ölkəmiz öz məhsullarını məhz Gürcüstan vasitəsilə dünya bazarlarına çıxartdı və gürcülər bundan yaxşıca qazandı. İndi biz bu dövlətlərə inana bilərikmi? Mina xəritələrinin verənlər də,bu işdə vasitəçilik edənlər də səmimi ola bilməzlər. 15 yanvar 2021 ci ildə cənab Prezidentin sərəncamı ilə ANAMA da struktur islahatı aparıldı,işə yeni, daha professional kadrlar cəlb olundu.Bunun müsbət nəticələri sahədə özünü mütləq göstərəcək.Eyni zamanda, ərazilərimizin minalardan təmizlənməsində bu sahədə böyük təcrübəsi olan Türkiyə və İsrail kimi dövlətlərlə,eləcə də bu sahədə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq etməliyik.Bir sözlə l, öz göbəyimizi özümüz kəsməliyik,necə ki, 44 günlük savaşda bunu etdik”.
//Gülnarə Abasova, Editor.az

