“İki həftədən sonra ABŞ enerji müstəqilliyindən məhrum olacaq” – Trampbackend

“İki həftədən sonra ABŞ enerji müstəqilliyindən məhrum olacaq” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden administrasiyasının fəaliyyəti ona gətirib çıxaracaq ki, ölkə iki həftə ərzində digər ölkələrdən enerji daşıyıcıları tədarükü müstəqilliyindən məhrum olacaq.

Bu barədə keçmiş Amerika lideri Donald Tramp şənbə günü Florida ştatında keçirilən mitinqdə bəyan edib, mitinqdən translyasiyanı yerli telekanallar həyata keçiriblər.

«Daha iki həftə və siz, bir daha eneri müstəqilliyinə sahib olmayacaqsınız» – Tramp deyib.

Eks-prezident qeyd edib ki, onun administrasiyası dövründə ABŞ karbohidrogen tədarükündən asılı olmayıb. «Bizə Yaxın Şərq lazım deyildi, bizə Rusiya lazım deyildi, bizə heç kim lazım deyildi» – keçmiş lider bildirib.

«İki həftədən sonra siz, bir daha enerji müstəqilliyinə sahib olmayacaqsınız. Onlar icarəyə verməyi dayandıracaqlar (neft-qaz mədənlərinin işlənməsi üçün federal torpaqları), onlar qazmanı dayandıracaqlar. Onlar külək turbinlərinə keçmək istəyirlər» – eks-prezident əlavə edib. O, əmin olduğunu ifadə edib ki, bundan faydanı Almaniya və Çin görəcək, çünki həmin turbinləri orada istehsal edirlər.

ABŞ Prezidenti Co Bayden administrasiyası yanvar ayında federal torpaqların icarəsi üzərinə qadağa qoyub – neft-qaz mədənlərinin işlənməsi məqsədilə. İyunda onun fəaliyyəti respublikaçıların tələbi ilə məhkəmə tərəfindən dayandırılıb.

AzPolitika.info