İki ildən sonra ruslar Ukraynının ilk HIMARS-nı vura bildilərbackend

İki ildən sonra ruslar Ukraynının ilk HIMARS-nı vura bildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki illik cəhdlərdən sonra ruslar Ukraynanın yüksək mobil HIMARS artilleriya raket sistemlərindən birini məhv edə biliblər.

Editor.az “Forbes”ə istinadən bildirir ki, qurğu Donetsk vilayətinin Nikanorovka ərazisində, cəbhə xəttindən təxminən 40 km aralıda meşə zolağının yaxınlığında pilotsuz uçuş aparatı tərəfindən aşkar edilib və “İskəndər” hipersəs raketi ilə vurulub. Raket HIMARS-ın yanına düşüb və onu partladıb. Ekipajın taleyi məlum deyil.

Nəşr qeyd edir ki, HIMARS-ın nə üçün gün işığında açıq havada dayanması da aydın deyil. 27-ci Raket Artilleriya Briqadası, Ukrayna Ordusunun HIMARS-a malik yeganə bölməsi, adətən səhər və axşam saatlarında fəaliyyət göstərir. “İstənilən halda, bu, Ukrayna ordusu üçün ağır itkidir – və ABŞ istehsalı olan HIMARS-a böyük ölçüdə müqavimət göstərə bilməyən Rusiya ordusu üçün nadir əks-batareya qələbəsidir.

Bu, kəşfiyyat pilotsuz təyyarəsi ilə kəşfiyyat təyyarəsinin birləşməsinə bənzəyir. “İsgəndər” batareyası nəhayət ki, Ukraynanın 27-ci briqadasından üstün oldu.” – nəşr yazıb.

//Samir Qurbanov, Editor.az